Tərkibi: şəkər pudrası, invert şərbəti, çiçək tozu və vitamin komplekslərindən ibarətdir. Əsasən çiçək tozunun zəif olduğu dönəmdə istifadə olunur. Arı ailəsinin inkişafını stimullaşdırı və yumurta qoyma qabiliyyətini artırır.
Tərkibi: şəkər pudrası, invert şərbəti, fitovar (bitki covhərləri) və vitamin komplekslərindən ibarətdir. Fitovarın kandi və ya şərbət halında istifadəsi zamanı varroa və nozema serananın nəzarət altında saxlamaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, gənə tökülməsi yemləmədən bir neçə gün sonra başlayır və bir ay sonra maksimum həddə çatır.
Tərkibi: VETOM 1.1, bal və şəkər pudrasından ibarətdir. Arı ailəsinin immunitetini qaldıraraq qış və il boyu arı ölümlərinin qarşısını alır, ailənin inkişafını stimullaşdırır, askosferoz və aspergillez, amerika və avropa çürümələri, nozema, septisemiya, amebiaz, salmonellez paralic, zəhərlənmə və sair xəstəliklərdə istifadə olunur.
Tərkibi şəkər pudrası, invert şərbət, protein və vitamin kompleksindən ibarətdir. Əsasən çiçək tozunun az olduğu və bala yetişdirmə dönəmində istifadə olunur. Nozema serana xəstəliyində əks təsirə malikdir.
Şəkər tozundan xüsusi texnologiya ilə emal edilmişdir. Yaz, payız, ehtiyac olarsa qış aylarında da arılara verilə bilər. Arı ailəsinin inkişafını stimullaşdırır. Bal süzümü sonrası verilərsə - qış yem ehtiyatlarını sürətlə toplanmasına kömək edir.
Tərkibi şəkər pudrası, invert şərbət və vitamin kompleksindən ibarətdir. Arıçılıq məhsullarının yerinə onların əvəzedicisi olunub. Arı ailələrinin yem ehtiyacını ödəmək üçün istifadə olunur.
Tərkibi şəkər pudrası, invert şərbət, timol (kəkotu duzu) və vitamin kompleksindən ibarətdir. Əsasən nozema, varroa, virus və çürümə xəstəliklərində immuniteti artırmaq üçün istifadə olunur.
Tərkibi şəkər pudrası, bal, çiçək tozu və vitamin kompleksindən ibarətdir. Tərkibindəki çiçək tozu, arı ailələrinin bala yetişdirmə dövründə xüsusi əhəmiyyət kəsb edən təsirə malikdir.