Axtarış
AZ
bütün kateqoriyalar
    Menyu Bağla

    Əl inventarı

    kimi baxın Qəfəs Siyahı
    Sırala
    görünüşü səhifə başına

    Fırça, taxta, 2 sıra təbii tüklü

    Arıçılıq fırçası (silmə fırçası) – arıları çərçivədən və pətək divarlarından zərif şəkildə təmizləmək üçün istifadə olunur. Təbii yumşaq tükləri sayəsində arılara zərər vermədən işləməyə imkan yaradır.
    7,00 ₼
    İsgənə taxta saplı şəkil

    İsgənə taxta saplı

    Arıçılar tərəfindən pətəkdə çərçivələri ayırmaq, onun divarlarından, dibindən, tavanından və çərçivələrin hissələrindən propolis və mumu təmizləmək üçün istifadə olunan əl alətidir.
    4,50 ₼

    Fırça, plastik, 1 sıra süni tüklü

    Tək sıralı süni tükü olan arıçılıq fırçası – əl ilə istifadə olunan arıçılıq inventarıdır. Çərçivələrdən və pətək divarlarından arıları ehtiyatla təmizləmək üçün istifadə olunur. Həmçinin pətəyin dibini süpürmək üçün də yararlıdır. Plastik dəstək fırçaya yüngüllük və uzunömürlülük qazandırır, çünki plastik xarici amillərin təsirinə məruz qalmır və zədələnməsi çətindir.
    6,00 ₼

    Fırça, taxta, 2 sıra süni tüklü

    Arıçılıq fırçası (süni tük) – çərçivələrdən və pətək divarlarından arıları ehtiyatla təmizləmək üçün istifadə olunan əl ilə işlədilən arıçılıq inventarıdır. Arıları təmizləmək üçün dar altlığı və yumşaq, sıx tükləri olan fırçalardan istifadə edilir. Dəstəyi taxtadandır.
    5,00 ₼

    İsgənə, çox funksiyalı, paslanmaz

    Arıçılıq isgənəsi – arıçılıqda ən vacib alətlərdən biridir, onsuz pətək müayinəsi və digər arıçılıq işlərini aparmaq çətin olur. Pətəyi yoxlamaq üçün bir və ya bir neçə çərçivəni çıxarmaq lazımdır, bunu əllə etmək isə asan deyil. Pətək daxilindəki hər şeyi arılar mumla örtürlər, çərçivələr bir müddət sonra sərtləşmiş mum vasitəsilə pətək divarlarına möhkəm yapışır. Çərçivəni asanlıqla qaldırmaq və möhkəm mum birləşməsini qırmaq üçün ən yaxşı vasitə arıçılıq isgənəsidir.
    6,00 ₼

    İsgənə, taxta saplı, qarmaqlı

    Paslanmayan poladdan hazırlanmış, taxta dəstəkli arıçılıq isgənəsi – arıçılar tərəfindən çərçivələri aralamaq, pətək divarlarını, dibini, tavanını və çərçivə hissələrini propolis və mumdan təmizləmək, eləcə də pətək korpuslarını və mağaza qatı əlavələrini ayırmaq üçün istifadə olunan əl alətidir.
    5,50 ₼

    İsgənə, taxta saplı

    Paslanmayan poladdan hazırlanmış, taxta dəstəkli arıçılıq isgənəsi – arıçılar tərəfindən çərçivələri aralamaq, pətək divarlarını, dibini, tavanını və çərçivə hissələrini propolis və mumdan təmizləmək, eləcə də pətək korpuslarını və mağaza qatı əlavələrini ayırmaq üçün istifadə olunan əl alətidir.
    4,00 ₼

    Çərçivə tutan, plastik saplı

    Plastik tutacaqları olan çərçivə tutan - xüsusi ilə də ilk çərçivəni korpusdan çıxarmaq rahat bir alətdir.
    6,00 ₼

    Çərçivə tutan, taxta saplı

    Taxta tutacaqları olan çərçivə tutan - xüsusi ilə də ilk çərçivəni korpusdan çıxarmaq rahat bir alətdir.
    6,00 ₼
    Biz, çərçivə deşən şəkil

    Biz, çərçivə deşən

    Biz arıçılıq çərçivələrinə məftil çəkərkən deşiklərin açılması və digər arıçılıq işləri üçün nəzərdə tutulmuş alətdir.
    1,00 ₼

    Bıçaq, pətək üzü açan, elektrikli

    Elektrik bıçağı ilə işlədikdə şanların açılması, çox sürətli və rahat bir prosesə çevrilə bilər. Bu alət çərçivələrdən mum qapaqlarını ehtiyatla kəsmək üçün nəzərdə tutulmuşdur.
    105,00 ₼

    Çəngəl, Kultivator, pətək üzü açan, 135х90 mm

    Şan açmaq üçün çəngəl - kultivator. İstifadə məqsədi: Bal çərçivələrinin üst qatını açmaq üçün istifadə olunur. Bal çıxarmazdan əvvəl mum qapaqlarını (şanları) yumşaq şəkildə qaldırır. Bal süzülməsini asanlaşdırır və məhsuldarlığı artırır.
    18,00 ₼